Demo Sayt » medeniyyet » Nobel Sülh Mükafatına 318 namizəd seçilib


Nobel Sülh Mükafatına 318 namizəd seçilib

3-03-2017, 11:01
Çap et
Nobel Sülh Mükafatına 318 namizəd seçilib 2017-ci il üçün Nobel Sülh Mükafatı 318 namizədin arasından seçiləcək.
Bu barədə Norveç Nobel Komitəsi məlumat verib. Qeyd edilib ki, namizədlərin ümumi siyahısına 215 fiziki şəxs və 103 təşkilat adı daxildir. Builki Nobel Sülh Mükafatına namizədlərin sayı 2016-cı ildə qeydə alınan tarixi rekorddan (376 namizəd) sonra ikinci yer tutur.
Nobel Fondunun daxili qaydalarına əsasən namizədlərin sayı açıqlandıqdan sonra seçim prosesi başlayır. Nəticədə payız aylarına kimi siyahıda yalnız iyirmi ictimai xadimin adı qalır. Siyahıda olan namizədlərin adları son dəqiqələrə qədər qizli saxlanılır. Nobel Sülh Mükafatı laureatının adı isə oktyabr ayında Oslo şəhərində xüsusi təşkil olunacaq tədbirdə açıqlanır.
Laureatların mükafatlandırılması mərasimləri həmişə mükafatın banisinin vəfat etdiyi gün – dekabrın 10-da Stokholm və Oslo şəhərlərində keçirilir. Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatların təqdim edilməsi mərasimləri Stokholmda keçirilir. Nobel Sülh Mükafatı isə Oslo Şəhər Ratuşasında təqdim olunur.
Xatırladaq ki, keçən il Kolumbiyanın prezidenti Xuan Manuel Santos Nobel Sülh Mükafatının laureatı seçilib. O, bu mükafata Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin rəhbəri Rodriqo London ilə nail olduğu sülh razılaşmasına görə layiq görülüb.
Reytinq: