Mehriban Ələkbərzadə: “Səhnədə şəriət görmək istəyən tamaşaçını necə anlayım? ”17-10-2015, 17:22
Çap et - Mehriban xanım, milli teatrın səhnəsində Qriqori Qorinin “Herostratı unudun” tamaşasını hazırlayırsınız. İstərdim bu əsərə müraciət etməyinizdən, məşqlərin nə yerdə olmağından danışaq... - Əsər mənə bugünkü zövqümlə çox aktual göründü. Qriqori Qorinin əsəri ilə yazıldığı müddətdə tanış idim. 1984-cü illərdə tələbə idim və o dövrdə bu əsər Moskva teatrlarında ən çox hazırlanan tamaşa idi. Amma o vaxt bu əsər mənim diqqətimi bu qədər cəlb etməmişdi. Yəni tanrı iradəsinə qarşı çıxmaq, bütün qanunların və əxlaqın əleyhinə gedərək üsyan etmək, bununla nəyə isə nail olmaq qədər absurd bir zaman hələ yetişməmişdi. Paradoksdur ki, bu gün dünyanın məhz belə qarmaqarışıq zamanında qanunlar, əxlaq, cəmiyyət bu əsəri daha aktual edir. Əsərdəki hadisələr iki min il əvvəl cərəyan etsə də, bu günlə çox səsləşir. Müasir insan cəmiyyətin məqbul bildiyimiz qanunla deyil, inancları yıxaraq, bütün əxlaqi dəyərlərin üzərinə gedərək mövqe əldə edir, bu mövqeyi ilə cəmiyyətə meydan oxuyur. - Tamaşanın məşqləri necə gedir? Aktyorlardan istədiyinizi ala bilirsiniz? - Müqaviləmə görə tamaşanı ayın axırında bitirməliyəm. Təhvil verməmək üçün elə bir bəhanəm yoxdur. Fors-major hal olmasa, Allah qoysa, ayın axırına tamaşanın ictimai baxışını planlaşdırırıq. O ki qaldı aktyor məsələsinə, belə demək caizdirsə, bu dəfə seçdiyim aktyorlar mənim prinsiplərimə uyğun bildiyim aktyorlardır. Daha çox müraciət etdiyim aktyorlardır. Bu tamaşada da, aktyorlarla müşkül yaşamadım. Daha böyük əsərlərdə daha çox iştirakçılar olur, amma bu tamaşada doqquz, on nəfər aktyorla işləyirik və tərəddüd edib obraz verdiyim aktyor olmadı. Hər halda, nəzər alsaq ki, idarə pultu məndədir, onda Paskal Blez demişkən, bütün təzyiq nöqtələrinə bərabər qüvvə ötürülür. (Gülür). - İdarə pultu həmişə rejissorun əlində olurmu? Yəni son hazırladığınız tamaşalarda aktyor seçimi məsələsinə görə sizin iradəniz əsas götürülürmü? - Əlbəttə, yalnız mənim iradəm əsasdır. İndiyə qədər heç kim mənə bu məsələdə təzyiq etməyib. Bundan sonra da, kimsə edə bilməz. Təbii ki, hansısa gənc rejissor səhv edəndə ona ox işarəsi göstərmək caizdir, amma hər halda, mən heç bir vaxt belə bir şey görmədim. - Teatrın ətrafında olan qalmaqallar haqqında nə düşünürsünüz? - Belə söz-söhbətə qarışmağa heç vaxt lüzum görməmişəm. Artıq mən də bu teatra dəvətli rejissoram. Bu teatrın ştatında oturan biri deyiləm. Odur ki, qarışmağım da lüzumsuzdur. Baş verə biləcək hər bir narazılıqda məqsəd və maraq olur. O mənada mən teatra məqsədsiz və maraqsız yanaşıram, heç bir gözləntim yoxdur. Son zamanlar Akademik Milli Dram Teatrında aparılan eksperimentlər, müxtəlif rejissorlara özünüifadə üçün meydan verilməsi yaxşı haldır. Bu, əslində çox ciddi məsələdir. Bu çək-çevir teatr üçün mütləq lazım idi ki, nəyin harada olduğu gəlib yerinə otursun. - Yaradıcı şəxs kimi enerjinizi, gücünüzü itirməmisiniz? Yəni daha böyük tamaşalara, nümayişlərə gücünüz varmı? - Tükənməz gücüm var! Çox təəssüf ki, Azərbaycan tamaşaçısına çox və müxtəlif tamaşalar hazırlayıb təqdim etməyin mənası yoxdur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
