2 ayın statistikası - 96 nəfər qidadan zəhərlənib, 3-ü dünyasını dəyişib13-03-2017, 13:03
Çap et Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, bu hadisələrdən 52 nəfər zərər çəkib. Fevral ayında 2 botulizm hadisəsi baş verib ki, bundan da 4 nəfər zəhərlənib. Qida zəhərlənmələri nəticəsində 2 nəfər dünyasını dəyişib. Qida zəhərlənmələrinin hamısı məişət zəminində hazırlanan məhsullardan baş verib. Ümumilikdə, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 67 qida zəhərlənməsi hadisəsi baş verib ki, nəticədə 96 nəfər zərər çəkib, 3 nəfər dünyasını dəyişib. Qeyd edək ki, 2016-cı il ərzində Azərbaycanda 625 qida zəhərlənməsi baş verib, nəticədə 924 nəfər zəhərlənib. Ötən il 36 botulizm hadisəsi olub ki, nəticədə 55 nəfər zərər çəkib, 2 nəfər dünyasını dəyişib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
