Xəstəxanada ölən körpənin meyitinin valideynlərinə verilməməsinə RƏSMİ MÜNASİBƏT5-06-2017, 15:33
Çap et Xəstəxananın baş həkiminin müavini Mahir Babayev bildirib ki, şikayət edən 37 yaşlı Günay Axundova xəstəxanaya çox ağır vəziyyətdə daxil olub: "Onun böyrək problemləri, qan azlığı olub. Uşaq yarımçıq doğulub. Ananı kritik vəziyyətdən xilas etmişik. Ana reanimasiyada yatıb. Ona uşağının ölməyi barədə məlumat verilmişdi”. M.Babayev qeyd edib ki, aprelin 7-də rəhmətə getmiş uşağın meyiti həmin gün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib: “Valideynlər gedəndə uşağın meyitini aparmayıblar. Buna görə də uşaq rəsmi qaydada - aktla, protokolla dəfn edilib”. M.Babayev qeyd edib ki, valideynin xəstəxanadan çıxan zaman uşağın meyitini hansı səbəbdən aparmaması barədə fikir yürüdə bilməz: “Bununla bağlı heç nə deyə bilmərəm". M.Babayevin sözlərinə görə, bu məsələ hüquq-mühafizə orqanları və məhkəmə tərəfindən araşdırılıb və şikayətçinin iddiasının əsassız olduğu tam təsdiqini tapıb. Hazırda bu işə Apelyasiya Məhkəməsi tərəfindən baxıldığını deyən baş həkimin müavini qeyd edib ki, qəbiristanlıqda 7 uşağın birlikdə basdırılması məsələsinə münasibət bildirə bilməz: “Bu məsələ bizlik deyil. Uşaq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Belə kimsəsiz şəxslər qolunda yazı ilə dəfn edilir”. Qeyd edək ki, 37 yaşlı G.Axundova aprelin 6-da Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında keysəriyyə yolu ilə doğuş etdiyini, lakin uşağının öldüyünü, öldükdən sonra isə uşağın cəsədini tapa bilmədiklərini deyib. Şikayətçi daha sonra bunları söyləyib: “Morqda çalışan şəxs bizə körpənin doğulan gün öldüyünü, soyuducu işləmədiyinə görə onun aprelin 7-si Hövsan qəsəbəsində kimsəsizlər qəbiristanlığında basdırıldığını dedi. Tabutun nömrəsini götürdükdən sonra getdim həmin qəbiristanlığa. Ordan isə mənə uşağın aprelin 12-də yeddi körpə cəsədi ilə bir qutuda gətirilərək elə bir yerdə də basdırıldığını bildirdilər”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
