“Hamiləlik, körpə və genetika” mövzusunda seminar keçirilib22-06-2017, 13:09
Çap et Diaqnostika Mərkəzindən bildiriblər ki, E.Rəsulov seminarda hamiləlik zamanı müayinələr, yenidoğulmuşlarda anadangəlmə inkişaf qüsurlarının genetik səbəbləri, irsi xəstəlikli uşaqların doğulma riskinin aradan qaldırılması yolları, qohum nikahları səbəbindən yaranan irsi xəstəliklər, Müalicəvi Diaqnostika Mərkəzinin tətbiq etdiyi ”Topuq testi” adlanan skrininq barədə məlumat verib. Qeyd olunub ki, yenidoğulmuşlarda topuq skrininqi metabolik pozğunluqları aşkar etmək və vaxt itirmədən müalicəyə başlamaq üçün çox vacibdir. Test nəticəsində fenilketonuriya və anadangəlmə hipotireoz təyin edilir. Topuq skrininqi körpə dünyaya gəldikdən sonra ilk 7 gündə həyata keçirilməlidir. Erkən müalicə aparılmasa, zehni problemlər, fiziki-psixi inkişafdan geri qalma və katarakta kimi xəstəliklərə səbəb ola bilər. Seminarın sonunda iştirakçıları maraqlandıran suallarla əlaqədar müzakirələr aparılıb və hamilələrə tövsiyələr verilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
