Qanunsuz abort etməyə görə yeni cəza növü tətbiq ediləcək27-09-2017, 17:58
Çap et Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir. Məcəllənin 196.3-cü (Qanunsuz abort etmə) maddəsinə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda və xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməklə zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Dəyişikliklə yeni cəza növü olaraq, maddənin sanksiyasına 2 ilədək azadlığın məhdudlaşdırılması əlavə olunur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
