Allergiyanın əmələ gətirdiyi xəstəliklər hansılardır?2-10-2017, 12:44
Çap et İmmunitet.az-a istinadən bildiririk ki, amma allergiyanın özünün törətdiyi əlamətlər və patolgiyaları nəzərə alaraq aşağıdakı allergiya xəstəliklərinin adlarını çəkmək olar: Bişməcə - dəri üzərində qızartılarla müşayət olunan allergik xəstəlikdir. Bronxit - allergiya səbəli əmələ gələn, bronxların iltihablaşması ilə nəticələnən allergik xəstəlikdir. Sinusit - infeksiya və kimyəvi maddələrin, sinirlərin qıcıqlanması səbəli əmələ gələn allergik xəstəlikdir. Dərman allergiyası - orqanizmin bəzi dərman preparatlarına qarşı verdiyi allergik reaksiyadır. Qaşınma - yerli və ya bütün bədəndə müxtəlif səbəblərdən əmələ gələ bilən allergik xəstəlikdir. Ağız gəlməsi - ağız boşluğunun hansısa bir yad cismə qarşı verdiyi allergik reaksiyadır. Qurdeşən - dərinin müxtəlif nahiyələrinin qabarıb-qızarması ilə müşayət olunan allergik xəstəlikdir. Rinit - burunda qaşınma, asqırma, burun axması ilə müşayət olunan allergik xəstəlikdir. Konyuktivit - gözlərdə qaşıntı, qızartı, geyişmə və yaş axması il müşayiət edilən allergik xəstəlikdir. Blefrit - gözün allergiyası səbəbindən göz qapaqlarının iltihablaşmasıdır. Dermatit - dəridə qızartı və qabarmalarla müşayiət olunan allergik xəstəlikdir. Keratosis pilaris - saç köklərinin iltihablaşması və baş qaşınması ilə müşayiət olunan allergik xəstəlikdir. Quru dəri - bəzi sabunların dəridə yaratdığı allergik simptomdur. Qida allergiyası - müxtəlif qidalara qarşı orqanizmin verdiyiy allergiya reaksiyasıdır. Astma - müxtəlif allergiya xəstəliklərinin ağırlaşmasıdır. Kontakt dermatit - hansısa bir yerə toxunan zaman orqanizmin verdiyi allergik reaksiyadır. Anafilaktik şok - ən çox dərman və qida allergiyalarının verdiyi ağırlaşmadır. Anafilaktik şok ölümə səbəb ola bilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
