Demo Sayt » sehiyye » Ana ölümü ilə bağlı cinayət işi başlandı


Ana ölümü ilə bağlı cinayət işi başlandı

20-12-2017, 12:04
Çap et
Ana ölümü ilə bağlı cinayət işi başlandı Bərdə rayonunda baş verən ana ölümü ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Bərdə Rayon Prokurorluğundan məlumat verilib.
Məlumatda bildirilir ki, baş vermiş ölüm hadisəsi ilə bağlı prokurorluqda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, dekabrın 19-da Bərdə rayonu, Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Əliyeva Könül Kamil qızı Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində doğuş zamanı ölüb.
***
Bərdə rayon Doğum Evində baş verən ana ölümünün səbəbi açıqlanıb.
Bərdə rayon Doğum Evinin müdiri Tünzalə Quliyeva bildirib ki, Bərdə rayon Həsənqaya kənd sakini, 1986-cı il təvəllüdlü Könül Əliyeva qanlı ifrazat və son gəlişlə xəstəxanaya daxil olub. Xəstədə qanlı ifrazat olduğundan onun təcili qeysəriyyə əməliyyatı edilməsi zərurəti yaranıb. Əməliyyat zamanı qadında dölyanı maye embaliyası baş verib. Bu səbəbdən də K.Əliyeva dünyasını dəyişib.
Bildirilib ki, bu, qadının ilk hamləliyi olub.
Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində 17 ana ölümü faktı qeydə alınıb.
Reytinq: