Kondisioner istisi insan orqanizminə ziyandır - Həkim rəyi25-12-2017, 10:58
Çap et Bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O bildirib ki, kondisionerin hava yollarında inkişaf edən mikroblar tənəffüs yolları vasitəsilə insan orqanizminə təsir edir: "Bu mikroblar kifayət qədər təhlükəli olduqda ağ ciyərlərin, nəfəs yollarının iltihabını törədə bilər. Adətən kondisionerin içərisi hər ildə bir dəfə təmizlənməlidir. Amma insanlar bunu etmirlər. Nəticədə cihazın hava yollarında olan mikroorqanizmlər hava ilə bayıra ötürülür. Bununla nəfəs alan insanların səhhətində problemlər yaranır. Ona görə, kondisionerlərdən istifadə zamanı gigiyenik qaydalara riayət etmək lazımdır”. A.Qeybulla vurğulayıb ki, kondisioner aktiv olarkən davamlı onun qarşısında oturmaq məsləhət deyil: "Hətta kondisionerin qarşısında yatan insanlar var. Həmin şəxslərin orqanizmində ciyərlərə su yığılması kimi fəsadlar yarana bilər. Ağır əməliyyat keçirən, ciddi tibbi problemləri olan şəxslər ümumiyyətlə, kondisionerdən uzaq olmalıdır. İsti havalarda kondisionerin soyuq havalarda olduğu qədər təhlükəsi yoxdur”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
