Demo Sayt » sehiyye » 2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında: ”Pul ver, uşağın cinsiyyətini deyim” - VİDEO


2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında: ”Pul ver, uşağın cinsiyyətini deyim” - VİDEO

27-02-2018, 14:37
Çap et
2 saylı Doğum Evinin Qadın Məsləhətxanasında: ”Pul ver, uşağın cinsiyyətini deyim” - VİDEO Hazırda ölkə ərazisində 138 qadın məsləhətxanası mövcuddur ki, onların da böyük əksəriyyətinin fəaliyyətində ciddi nöqsanlar müşahidə olunur.
Dövlət səhiyyə müəssisələrində digər tibbi xidmətlərlə yanaşı, qadınların hamiləlik dövründə və ondan sonrakı müddətdə müayinəsi, uşağın dünyaya gətirilməsi qanunla pulsuz olsa da, bu prosedurları keçmək üçün rüşvət tələb olunur. Elə bu səbəbdən də qadınların çoxu hamiləlik dövründə qadın məsləhətxanalarına getmirlər. Tibb müəssisələrində rüşvət faktoru Azərbaycan ailələrində uşaqların xəstəlik və fiziki qüsurlarla doğulmasına da təsir göstərir. Gələcək anaların hamiləlik dövründə tibbi müayinədən keçməmələri sonradan problemlərin yaranmasına yol açır. BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycan qadınlarının 60-80 faizi hamilə olduqları müddətdə məsləhətxanalara getmirlər. Bu isə onların gələcək övladlarının fiziki və əqli qüsurlarla dünyaya gəlməsinə və ölümünə səbəb olur. BMT-nin və başqa beynəlxalq qurumların məlumatına görə, Azərbaycanda dünyaya ana və körpə ölümünün səviyyəsi hələ də yüksək olaraq qalır. BMT Əhali Fondu mütəxəssislərinin qənaətinə görə, ölkədə hamiləlik və doğuş zamanı baş verən neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsinə ciddi ehtiyac var. Bunun üçün hamilə qadınlar mütləq tibbi və genetik müayinələrdən keçməlidirlər.
Heqiqet.az bildirir ki, Azerinfo.az əməkdaşları Sabunçu rayonundakı 2 saylı Doğum Evinin Qadın məsləhətxanasında qadınlarla həmsöhbət olublar. Hamilə qadınlar müayinələrə görə pul tələb olunduğunu gizlətmədilər. "Başına gələn başmaqçı olar" deyən Gülmirə (ad şərtidir) adlı qadın artıq ikinci dəfədir ki, qadın məsləhətxanalarında tibbi personala pul payladığını bildirdi: "Qiymətləri əzbərləmişəm. Pul verməsən də keçinmək olmur. Bu elə bir məsələdir ki, söhbət uşağın gələcək taleyindən gedir. Analizə pul verməsən, deyirlər ki, səhv çıxaracağıq. "UZİ" həkiminə hörmət etməsən, uşağın başının, çəkisinin ölçüsünü demir. Naəlac qalıb istəyənə "hörmət" edirik ki, əziyyətimiz heçə çıxmasın.
Diğər bir tərəfdən abort hallarının qarşısını almaq üçün uşağın cinsiyyətini əvvəlcədən demək artıq qanunla yasaqlanıb. Ancaq 2 saylı Doğum Evinin Qadın məsləhətxanasında pul müqabilində bunu deyirlər. Əməkdaşımız müayinə prosesini lentə alıb, həkim uşağın cinsiyyətini deməsinə görə pul tələb edir. Həm də bunu deməyin qanunsuz olduğuna görə rüşvət aldığını aşkar söyləyir.
Hər halda bu kadrlara Səhiyyə Nazirliyinin münasibətini bilmək maraqlı olardı. Həmçinin prokurorluq orqanları da məsələ ilə düşünürük ki, maraqlanacaqlar.

Reytinq: