Səhiyyə Nazirliyi çimərliklərin monitorinqinə başlayıb23-05-2018, 09:45
Çap et Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib ki, monitorinq oktyabrın 1-dək aparılacaq. Onun sözlərinə görə, monitorinq Bakı, Abşeron, Azərbaycanın şimal və cənubunda yerləşən bütün çimərlikləri əhatə edəcək. Z. Kazımov qeyd edib ki, monitorinq zamanı çimərliklərdə dəniz suyunun laborator müayinələri aparılacaq: “Eyni zamanda, dəniz suyu kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçiriləcək. Analizlərin nəticələrinə əsasən, çimərliklərin hansının istifadəyə yararlı olub-olmadığına qərar veriləcək. Qeyd edək ki, 2017-ci ildə aparılmış müayinələrin nəticələrinə görə, Qaradağda “Sahil”, Səbaildə “Şıx” və Sumqayıt çimərliklərində bakterioloji çirklənmə müşahidə olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
