ƏƏSMN Sumqayıtda səyyar protez-ortopedik bərpa xidməti təşkil edəcək10-08-2015, 12:53
Çap et Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ƏƏSMN-nin Protez-Ortopedik Bərpa Mərkəzinin mütəxəssislərindən ibarət tibbi-texniki briqada iki gün ərzində, yəni avqustun 11-12-də saat 9.00-dan 18.00-dək nazirliyin Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzində (Sumqayıt şəhəri, Bakı küçəsi, məhəllə 40) əlilliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları ehtiyac duyduqları protez-ortopedik məmulatlarla, reabilitasiya vasitələri ilə təmin edəcək. Səyyar xidmət göstərilməsi nəzərdə tutulan şəxslərin əvvəlcədən qeydiyyatı aparılıb. Bununla belə, Sumqayıt şəhərində yaşayan və protez-ortopedik məmulatlara, müxtəlif reabilitasiya vasitələrinə ehtiyac duyan digər şəxslər də göstərilən vaxtda və ünvanda səyyar briqadaya müraciət edə bilərlər. Qeyd olunan səyyar tibbi-texniki briqada 2013-cü ilin dekabr ayında ƏƏSMN-nin müvafiq Əmrinə əsasən yaradılıb və hər ay bir dəfədən az olmayaraq respublikamızın bölgələrində səyyar formada protez-ortopedik bərpa xidməti həyata keçirir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
