Səhiyyə Nazirliyi: Qəbələdə yanan ərəblərin 2-si Bakıya gətirildi9-10-2018, 11:03
Çap et Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova məlumat verib. Onun sözlərinə görə, Küveyt vətəndaşı olan həmin şəxslər 1993-cü il təvəllüdlü Əlhəmidi Əhməd Adnan oğlu və 1989-cu il təvəllüdlü Əlhəmidi Nura Adnan qızıdır. Bədən səthlərinin 3 dərəcəli yanığı diaqnozu qoyulan bu xəstələrin vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, oktyabrın 8-də səhər saatlarında Qəbələ rayonunun mərkəzində yerləşən fərdi evlərdən birində yanğın baş verib. Hadisə nəticəsində turistlər - bir ailənin 6 üzvü xəsarət alıb, 1 nəfər isə dünyasını dəyişib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
