Demo Sayt » sehiyye » Alimlər: İyunadək koronavirusa qalib gəlmək mümkün olmayacaq


Alimlər: İyunadək koronavirusa qalib gəlmək mümkün olmayacaq

13-04-2020, 08:31
Çap et
Alimlər: İyunadək koronavirusa qalib gəlmək mümkün olmayacaq Koronavirusla bağlı təhqiqatlar yeni nəticələr ortaya qoyur.
"South China Morning Post” qəzeti xəbər verir ki, Honkonq Universitetinin bir qrup alimi koronavirusun atipik pnevmoniyaya yol açan ştamdan üç dəfə aqresiv olduğunu aşkar edib.
Mütəxəssislər xəstəliyin altı könüllünün ağ ciyər hüceyrələrində fəallığını araşdıraraq belə bir qənaətə gəliblər ki, koronavirusqeyd edilən virusdan 3,2 dəfə tez çoxalır.
Bununla birgə, bədənin iltihaba qarşıreaksiyası zəif olur– immun sistemi tərəfindən istifadə olunan siqnal zülalları demək olar ki, işə düşmür.
Qrupun rəhbəri Yuen Kvok-yun qeyd edib ki, belə olduğu halda iyul ayınadək pandemiyanın qarşısını almaq mümkün olmayacaq.
Reytinq: