Demo Sayt » sehiyye » Azərbaycanda süd vəzi xərçəngindən əziyyət çəkənlərin sayı AÇIQLANDI


Azərbaycanda süd vəzi xərçəngindən əziyyət çəkənlərin sayı AÇIQLANDI

4-10-2023, 13:22
Çap et
Ötən il süd vəzisinin xərçəngi diaqnozu ilə 16 202 nəfər qeydiyyatda olub.
Bu sözləri Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyib. O bildirib ki, 2022-ci ilin statistikasına görə, bunlardan 7064 nəfəri 5 il və 5 ildən artıq yaşayanlardır.
“Döş vəzisi xərçəngi ilə qeydiyyatda olan kişilərin sayı isə 48 nəfərdir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə ilk dəfə süd vəzisinin diaqnozu ilə qeydiyyata alınan şəxslərin sayı 2565 nəfər olub.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 1992-ci ildən etibarən oktyabr ayını Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı elan edib.
Reytinq: