Demo Sayt » sehiyye » Regionlardan paytaxta köçürülən ginekoloji xəstələrin sayı azalıb


Regionlardan paytaxta köçürülən ginekoloji xəstələrin sayı azalıb

19-10-2016, 13:06
Çap et
Regionlardan paytaxta köçürülən ginekoloji xəstələrin sayı azalıb “Bu ilin aprelin 1-dən sentyabrın sonuna qədər Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının konsultativ bölməsinin doğuşayardım sahəsi ilə bağlı fəaliyyətində müsbət nəticələr əldə olunub. Bu müddət ərzində stansiyanın konsultativ xidmətin mütəxəssisləri 46 pasientə xidmət göstərib. Keçən ilin müvafiq dövründə bu rəqəm 55 olub, bu da pasiyentlərin sayında 17 faiz azalma deməkdir”.
Bunu TTTYS-nın baş həkimi Mirələm Cəlalov deyib. Onun sözlərinə görə, keçən illə müqayisədə bu il çağırışların sayında 10 faiz azalma qeydə alınıb. M.Cəlalov vurğulayıb ki, ölkənin rayon və şəhər xəstəxanalarına bu il 79, keçən ildə isə 88 dəfə müxtəlif profilli məsləhətçi həkimlər göndərilib.
Baş həkim əlavə edib ki, regionlardan paytaxta köçürülən ginekoloji xəstələrin sayı azalıb və bu ilin aprel - sentyabr aylarında keçən illə müqayisədə 39 faiz azalma olub.
Onun sözlərinə görə, Bakı şəhəri üzrə isə ən çox Respublika Perinatal Mərkəzi və Respublika Klinik Xəstəxanasına xəstələr yerləşdirilib. Bu müddət ərzində regionlarda ginekoloji cərrahi əməliyyatların sayı 3 dəfə artıb, bunların əksəriyyəti qeysəriyyə, uşaqlıq amputasiyası və qanaxma ilə bağlı əməliyyatlar olub.
Reytinq: