Tədris Cərrahiyyə Klinikası kimsəsiz uşaqların müayinəsi ilə bağlı kampaniyaya başlayıb22-12-2016, 12:46
Çap et Universitetin mətbuat xidmətindən bildirilib ki, aksiya çərçivəsində Bakı şəhərindəki Psixonevroloji Uşaq Evinin sakinləri pulsuz müayinə və müalicə olunurlar. Klinikanın baş həkimi, ATU-nun II cərrahi xəstəliklər kafedrasının professoru Rauf Ağayevin sözlərinə görə, kampaniya 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təşkil olunub. Məqsəd kimsəsiz uşaqları sevindirmək, onların müalicəsini təmin etməkdir. İki gün davam edəcək kampaniya çərçivəsində təqribən 30-35 uşaq oftalmoloq, LOR və kardioloq tərəfindən müayinə olunacaq. Aksiya zamanı valideyn himayəsindən məhrum və sağlamlığında bəzi problemləri olan uşaqların müasir avadanlıq vasitəsilə daxili orqanlarının da müayinəsi aparılacaq. Qeyd edək ki, ATU-nun Tədris Cərrahiyyə Klinikası indiyədək dəfələrlə belə aksiyalar təşkil edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
