Demo Sayt » sehiyye » Azərbaycan əhalisinin sağlamlığının regional proqnozlaşdırılması aparılır


Azərbaycan əhalisinin sağlamlığının regional proqnozlaşdırılması aparılır

28-12-2016, 13:35
Çap et
Azərbaycan əhalisinin sağlamlığının regional proqnozlaşdırılması aparılır Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu tərəfindən biokimyəvi rayonlaşdırma və əhalinin sağlamlığının regional proqnozlaşdırılması aparılır. İnstitutun direktor müavini Dadaş Hüseynov illik hesabatın təqdimatında çıxışı zamanı deyib ki, rayonlaşdırma və proqnozlaşdırma 2015-2017-ci illəri əhatə edir.
Onun sözlərinə görə, hələ bu istiqamətdə işlər görülür və gələn il başa çatdırılması nəzərdə tutulur: “Bu iş AMEA-nın 2 institutu-Geologiya və Geofizika və Coğrafiya institutları ilə birgə aparılır. Rayonlaşdırma və proqnozlaşdırma çərçivəsində birgə ekspedisiyalar təşkil edilib, xəritələr hazırlanıb, anomal zonalar ayrılıb, əhali üçün olan təhlükəli zonalar müəyyənləşib. Lakin iş hələ gələn ilin aprel ayına kimi davam edəcək. Bu baxımdan əldə olunan nəticələr yekun formada ictimaiyyətə açıqlanacaq”.
D.Hüseynov vurğulayıb ki, institut tərəfindən 2014-2018-ci illərdə Azərbaycanda radon təhlükəsinin tədqiqi və təhlükənin azaldılması üzrə tədbirlər planı həyata keçirilir. Onun sözlərinə görə, bu işlərin görülməsinə Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və AMEA-nın bir neçə institutları cəlb edilib: “İş 2018-ci ilə kimi davam etdiriləcək. Bu zaman çərçivəsində qapalı məkanlarda, evlərdə, məişət və sənaye obyektlərində radonun axını, sıxlığı ilə mübarizə aparılmasının yolları araşdırılır”.
Reytinq: