Demo Sayt » sehiyye » Ötən il Azərbaycanda toksikoloji zəhərlənmə halları azalıb


Ötən il Azərbaycanda toksikoloji zəhərlənmə halları azalıb

17-01-2017, 12:26
Çap et
Ötən il Azərbaycanda toksikoloji zəhərlənmə halları azalıb 2016-cı ildə Azərbaycanda toksikoloji zəhərlənmə halları azalıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 2015-ci ildə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə 2462 müraciət daxil olubsa, 2016-cı ildə bu göstərici 2234 müraciət təşkil edib.
Məlumatda bildirilib ki, müraciətlərin 32,8%-i lazımi şəraitdə saxlanılmayan, istifadə təlimatına uyğun olaraq qəbul edilməmiş dərmanlardan zəhərlənlərin (T36-T50), 21%-i dəm və başqa qazların toksiki təsiri (T58/T59), 14,1%-i yandırıcı məhlullardan zəhərlənmələrin (T54) payına düşüb.
Reytinq: