"Quş qripi" ilə bağlı qadağa hələ də qüvvədədir - Dövlət Xidməti19-06-2015, 15:24
Çap et Türkiyə ərazisində toyuqlar arasında aşkarlanan yüksək patogenli "quş qripi" (H5N1) virusu ilə bağlı Dövlət Baytarlıq Xidməti tərəfindən imzalanmış sərəncam hələ də qüvvədə qalır.Bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Y. Xanvəlinin sözlərinə görə, Türkiyədən quş məhsullarının ölkəmizə idxalına qoyulmuş qadağa hələ də davam edir. Yalnız Türkiyə baytarlıq xidmətindən zəmanət verilən quş məhsullarının ölkəyə idxalına icazə verilir. Y.Xanvəli Rusiyanın Həştərxan vilayətində də "quş qripi" virusunun yayıldığını bildirib. Lakin Həştərxandan Azərbaycana quş əti məhsulları gətirilmədiyindən Dövlət Baytarlıq Nəzarəti Xidməti bu regiona dair qadağa verməyib. Xatırladaq ki, Türkiyə Respublikasının Balikəsir və ona yaxın olan Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar və Manisa , İnebol, Qaraböyük və Qastamondə bölgələrindən diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalının müvəqqəti dayandırılmasına göstəriş verilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Türkiyə ərazisində toyuqlar arasında aşkarlanan yüksək patogenli "quş qripi" (H5N1) virusu ilə bağlı Dövlət Baytarlıq Xidməti tərəfindən imzalanmış sərəncam hələ də qüvvədə qalır.