Kristin Muttonen: Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur8-09-2017, 12:12
Çap et Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur.Bunu ATƏT-in Parlament Assambleyasının (PA) sədri xanım Kristin Muttonen deyib. O bildirib: "Azərbaycana gəlməkdən çox şadam. Bu, ATƏT PA-nın sədri kimi Azərbaycana ilk səfərimdir. Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur, eyni zamanda Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti ilə yaxşı əlaqələrimiz var". Qeyd edək ki, ATƏT PA sədri xanım K.Muttonen sentyabrın 7-də Azərbaycana səfərə gəlib. K.Muttonenin səfər çərçivəsində ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulur. ATƏT PA sədrinin Azərbaycana səfəri sentyabrın 10-dək davam edəcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Azərbaycan və ATƏT PA arasında çox yaxşı əməkdaşlıq mövcuddur.