Demo Sayt » siyaset » Azərbaycan, Rusiya və İran prezidentləri bu gün görüşəcək


Azərbaycan, Rusiya və İran prezidentləri bu gün görüşəcək

1-11-2017, 10:13
Çap et
Azərbaycan, Rusiya və İran prezidentləri bu gün görüşəcək Bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək.
Görüş çərçivəsində dövlət başçıları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, energetika sahəsində əməkdaşlıq Rusiya-Azərbaycan və Rusiya-İran, eləcə də üçtərəfli formatda keçiriləcək görüşlərdə müzakirə mövzularından biri olacaq.
Qeyd edək ki, ötən il də avqustun 8-də Bakıda Azərbaycan, İran, Rusiya prezidentləri İlham Əliyevin, Həsən Ruhaninin və Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilmişdi.
Reytinq: