"İşğal altındakı ərazilərdə yetişdirilən narkotik bütün Avropaya daşınır" - Ziyafət Əsgərov5-12-2017, 11:28
Çap et Bunu Rusiya Dövlət Dumasında “Parlamentarlar narkotiklərə qarşı” adlı beynəlxalq konfransda iştirak edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. O bildirib ki, konfransın sonunda dünyanın bəlası olan narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı bəyanat qəbul olunacaq: "Sözsüz ki, bu bəyanatda konfrans iştirakçılarının narahat olduğu məsələlər öz əksini tapacaq. Əslində bəyanat qəbul etməklə iş bitmir. Lakin bütün hallarda biz bildiririk ki, bu narahatlığa son quyulsun. Bu məsələlərdə dövlətlər bir-birinə dəstək olmalıdırlar. Təəssüflər olsun ki. bəzən bir dövlətin dediyi ilə əməli uyğun gəlmir. Bir dövlət səmimi bu məsələni qoyur, digər dövlətlər isə ondan pul qazanırlar". Z. Əsgərov terrorçuluğun da narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli olduğunu nəzərə çatdırıb: "Terrorçuluğun əsas maliyyə mənbələrindən biri narkotiklərin satışından əldə olunan gəlirlərdir. Bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Konfransda qoyulan əsas məsələlərdən birincisi dünya dövlətləri və parlamentlərinin bu problemə qarşı güclərini birləşdirməsidir". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
