Qənirə Paşayeva Misir Parlamentinin sədr müavini ilə görüşüb18-12-2017, 11:26
Çap et Millət vəkili görüşdə Qarabağ problemi ətrafında son vəziyyətlə bağlı məlumat verib, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə də geniş danışıb. Mahmud Əş-Şərif bildirib ki, Azərbaycanın ərazi bütövlüyü, Qarabağ problemi ilə bağlı Misirin Azərbaycana dəstəyi bundan sonra da davam edəcək. Azərbaycanda keçiriləcək beynəlxalq tədbir çərçivəsində yaxın günlərdə ölkəmizə səfər edəcəyini deyən Üsəmə Əl-Abda da Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi diqqət verdiklərini bildirib. Q. Paşayeva səfər çərçivəsində Azərbaycanın Misirdəki səfirliyini də ziyarət edib və səfir Tural Rzayev ilə geniş fikir mübadiləsi aparıb. Bildirilib ki, Azərbaycanın Misirdə daha geniş tanınması, Qarabağ həqiqətlərinin təbliği istiqamətində xeyli önəmli işlər görülüb. Amma bu istiqamətdə işlərin daha da artmasına ehtiyac var. Çünki Misir böyük ölkədir və bu ölkə müsəlman ölkəsi olsa da, erməni diasporu və lobbisi fəaldır. Ona görə də bu ölkədə təbliğatımızı daha da gücləndirmək üçün müxtəlif nazirliklərimizin dəstəyi ilə həyata keçirilən layihələrin sayının daha da artmasına böyük ehtiyac var. Səfər çərçivəsində Q. Paşayeva Misirin Qadınlar Şurası rəhbərliyi və fəal xanımları ilə də görüşüb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
