Ziyafət Əsgərov: Dünya dövlətləri verdiyi bəyanatlara əməl etməsə, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası mümkün olmayacaq25-12-2017, 12:20
Çap et Bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında parlamentin rolu” mövzusunda konfransda çıxışı zaman deyib. Z.Əsgərov bildirib ki, bu gün dünyada, xüsusən də Afrika ölkələrində ciddi aclıq problemi mövcuddur: "Ötən əsrdə Afrika dövlətləri müstəqillik əldə etsələr də, o vaxta qədər onların bütün sərvətləri talanmışdı. Bu gün də Afrikadan Avropaya miqrant axını həmin problemlərlə bağlıdır”. Birinci vitse-spiker qeyd edib ki, bu gün dövlətlərin verdiyi bəyanatlarla əməlləri bir olsa, bu problemləri həll etmək olar: “Hər bir dövlət bu Məqsədlərin həyata keçirilməsinə öz töhfəsini verməlidir. Azərbaycan bu layihəyə ciddi yanaşır. Azərbaycan Parlamenti də bu Məqsədlərin reallaşdırılmasına öz töhfəsini verir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
