Demo Sayt » siyaset » Deputat təbii fəlakətdən zərərçəkmiş ailələrlə görüşüb


Deputat təbii fəlakətdən zərərçəkmiş ailələrlə görüşüb

6-06-2018, 14:11
Çap et
Deputat təbii fəlakətdən zərərçəkmiş ailələrlə görüşüb İsmayıllı rayonunun Diyallı kəndində güclü küləyin yaratdığı fəsadlarla tanış olmaq məqsədilə millət vəkili Novruz Aslanov iyun ayının 5-də rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovla birgə həmin ərazidə olub və zərərçəkmiş ailələrlə görüşüb.
Millət vəkilinin tapşırığına əsasən fərdi yaşayış sahəsinin yararsız vəziyyətə düşmüş bir ailəyə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən bir ədəd çadır və digər zəruri məişət avadanlıqları ilə təmin edilib.
Həmçinin millət vəkili rayon İcra Hakimiyyətinin başçısı ilə birgə Təzəkənd kəndində sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb. Günün sonunda deputat oruc tutan sakinləri iftar süfrəsinə dəvət edib.
Reytinq: