Demo Sayt » siyaset » Böyük ürək sahibi idi Heydər Əliyev


Böyük ürək sahibi idi Heydər Əliyev

9-04-2019, 12:07
Çap et
Böyük ürək sahibi idi Heydər Əliyev
Gülnarə Vahidqızı

Fəxrlə, qürurla yaşadığım Azərbaycanın qurucusu, dahisi haqqında danışmaq istəyirəm. Gözümü dünyaya açandan, özümü dərk edəndən bu şəxsiyyətin simasını görüb, sözlərini eşitmişəm. Əbədi beynimizə həkk etdiyimiz Heydər Əliyev şəxsiyyəti...
Nə qədər qürurverici addır. Bu şəxsiyyətin adı gələndə ilk növbədə Azərbaycanın inkişafa yeni qədəm qoyduğu illər yada düşür. O zaman Azərbaycan ilk qədəmlərini atan körpəyə bənzəyirdl. Bu addımlar məhz Heydər Əliyevin düzgün apardığı siyasətin nəticəsində mətn yerişə çevrildi. Valideyn - övlad sevgisinə bənzəyirdi. Heydər Əliyevin xalqına olan sevgisi...
Yalnız doğma Azərbaycanın mənafeyi düşündürürdü ulu öndərimizi. İlbəil Azərbaycan çiçəklənirdi, xalqın rifahı yaxşılaşırdı. Hər dəfə yeni quruculuq işləri, nailiyyətlər Azərbaycanı dünyaya tanıtdırırıdı. Biz uşaqların o zaman ata-ana sevgislndən başqa lider sevgisi - Heydər Əliyev sevgisi var idi daxilimizdə ürəyimizdə. İçdən gələn hörmətimiz, sevgimiz var idi Heydər Əliyevə. Ömrünün sonuna qədər sevdi Azərbaycanı, vətənini, xälqını.
Dünya Azərbaycan dövlətini məhz Heydər Əliyevə görə tanıyır, desəm səhv etmərəm. Heydər Əliyevlə görüşən dünya siyasətçiləri təkcə onunla danışmaq, ona qulaq asmaqla kifayətlənməyib, hətta üstəlik ondan nəyisə öyrənməyə çalışırdılar.
Mən nəinki Azərbaycanda, heç dünya miqyasında ikinci bir siyasətçi tanımıram ki, Heydər Əliyev kimi öz xalqına, xaricdəki diasporuna xüsusi qayğı göstərsin. Daim diqqətində saxlasın. Böyük ürək sahibi idi Heydər Əliyev. Ən çətin vaxtlarda ağır gündə olan ölkəni quyunun diblndən çıxartdı.
Hal-hazırda şən-firavan yaşadığımız vətənimiz ulu öndərimizin gərgin əməyi sayəsində qurulmuşdur.
Heydər Əliyev "Əsrin müqaviləsi"-nin imzalanmasına, 20-dən çox neft sazlşinin ərsəyə gəlməsinə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəmərinin əfsanədən reallığa çevrilməsinə nail olmaqla bütün dünyanm diqqətini Azərbaycana cəlb edə bilmişdi. Azərbaycanm son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır.
Xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrindəkl yüksəlişlər, nailiyyətlər məhz onun adı ilə bağlıdır.
O Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından alnıaçıq çıxarmışdır. Bu etdiklərlnə görə Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmişdi. Bizim qəlbimizdə əbədiyaşar liderimizə Allahdan rəhmət diləyirik.
Biz azərbaycanlılar ulu rəhbərimiz Heydər Əliyevlə fəxr edirik. Onun layiqli davamçısı hörmətli Prezldentimiz İlham Əliyevi də fəxrlə dəstəkləylrik.
Reytinq: