Demo Sayt » siyaset » İlham Əliyev Vladimir Zelenskini təbrik edib


İlham Əliyev Vladimir Zelenskini təbrik edib

23-04-2019, 12:37
Çap et
İlham Əliyev Vladimir Zelenskini təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskini təbrik edib.
"Hörmətli cənab Zelenski,
Ukraynanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycanla Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir. İnanıram ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".
Reytinq: