Azərbaycan XİN qurbanların ailələrinə başsağlığı verdi5-08-2019, 02:44
Çap et Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində qeyd olunub. "Çox sayda günahsız insanın ölümü və onlarla insanın yaralanması ilə nəticələnən ABŞ-ın Texas ştatının El Paso və Ohayo ştatının Deyton şəhərlərində baş vermiş dəhşətli hadisələrdən dərin kədər hissi keçiririk. Qurbanların ailələrinə başsağlığı diləyir, yaralananlara isə tez zamanda sağalmağı arzu edirik", - XİN bildirib. Qeyd edək ki, avqustun 3-də ABŞ-ın Texas ştatının El Paso şəhərindəki Sielo Vista ticarət mərkəzində silahlı şəxsin insanlara atəş açması nəticəsində 20 nəfər ölüb. Bu gün isə ABŞ-ın Ohayo ştatının Deyton şəhərində atışma nəticəsində 10 nəfər ölüb, 16 nəfər yaralanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
