Dövlət Xidməti: Oktyabr çağırışına hazırlıq işləri yekunlaşır26-09-2019, 13:51
Çap et Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildiriblər ki, Xidmətin yerli idarə, şöbə və bölmələrində çağırışçıların öyrənilməsi işləri aparılır. Çağırışa cəlb edilən gənclər hərbi həkim komissiyalarında ixtisaslı mütəxəssislər tərəfindən müvafiq təlimata əsasən yoxlanılır, səhhəti ilə bağlı əlavə müayinəyə ehtiyacı olanların ixtisaslaşmış dövlət tibb müəssisələrində müayinəsinin təşkili təmin olunur. Müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışçılar müstəqil Azərbaycanın Silahlı Qüvvələrində xidmətə hazırlıq prosesində böyük həvəslə iştirak edirlər. Həmçinin müddətli həqiqi hərbi xidmətə çağırılmış vətəndaşların Silahlı Qüvvələr üzrə xüsusi kompüter proqramı vasitəsilə bölünməsindən sonra onların həmin qoşun növlərinin daxili bölgüsünə əsasən hərbi hissələrə təyin olunması həyata keçirilib. Sentyabrın 24-də çağırışçılar müddətli həqiqi hərbi xidmət keçmək üçün Silahlı Qüvvələr üzrə təyinatları ilə bağlı SMS xidməti vasitəsilə məlumatlandırılıblar. Eyni zamanda, vətəndaşların xidmətin rəsmi saytının “Elektron xidmətlər” bölməsində “Müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmətkeçmə yeri haqqında məlumatlar” altbölməsindən xidmət edəcəkləri qoşun növü və hərbi hissə barədə məlumat əldə edə bilmələri təmin edilib. Vətəndaşların hərbi hissələrə təyin olunmaları haqqında növbəti məlumat isə oktyabrın 20-25-dən etibarən xidmətin rəsmi saytında yerləşdiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
