Deputat: Türk əsgərinin Qarabağa gəlişi bizim üçün mühüm məsələdir17-11-2020, 06:33
Çap et Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, Qarabağ ərazisində türk qoşunlarının olması bizim üçün çox önəmlidir: "Türkiyə Böyük Millət Məclisindən icazə alınmamış hərbi qoşunlar Azərbaycana göndərilə bilməz. Bu bizim üçün mühüm əhəmiyyət kəsb edən məsələdir. Qarabağda vəziyyətə Rusiya sülhməramlıları ilə yanaşı, Türkiyə sülhməramlıları da nəzarət edəcək. Çünki hər iki tərəfin nəzarəti olmalıdır”. Vahid Əhmədov erməni hərbçilərin ərazilərdən çıxarılmaması barədə məlumatların yayıldığını da qeyd edib: "Əldə etdiyimiz məlumatlara görə, Qarabağda olan bəzi erməni hərbçiləri razılaşmada nəzərdə tutulmuş ərazilərdən çıxmaq istəmirlər. Bu da müəyyən problemlər yaradır. Düzdü, Rusiya sülhməramlılarının əsas vəzifəsi onları həmin ərazilərdən çıxartmaq, oraları boşaltmaq və həmin rayonları bizə təhvil verməkdir. Türkiyə qoşunlarının Qarabağa gəlməsi isə məsələnin həlli üçün əlverişlidir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündür20:48
Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdırHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
