Ermənistan üçtərəfli razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir - Türkiyə XİN29-12-2020, 06:14
Çap et Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun Azərbaycanın Xocavənd rayonunda baş verən erməni təxribatları ilə bağlı açıqlamasında bildirilib. Qeyd olunub ki, 10 noyabr 2020-ci il atəşkəs razılaşmasından sonra 26 noyabr, 8, 11 və sonuncu - 27 dekabr tarixlərində Ermənistanın atəşkəsi pozması nəticəsində həm hərbi və həm də mülki şəxslər arasında itkilər, yaralananlar olub: “Üçtərəfli razılaşmanı imzalayan ölkə olaraq bütün silahlı erməni ünsürlərin geri çəkilməsinin və atəşkəs rejiminə riayət edilməsinin məsuliyyətini Ermənistan daşıyır”. Türkiyə XİN-in bəyanatında o da qeyd edilib ki, Azərbaycan tərəfi erməni silahlı ünsürlərinin təxribatlarına qarşı özünümüdafiə hüququndan istifadə edərək qarşı tərəfə lazımi cavabı verib: “Bölgədə daimi sülhün təsis olunması üçün Ermənistan həqiqətləri qəbul etməli və üçtərəfli razılaşma əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Hücumlarda həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa və bütün Azərbaycan xalqına başsağlığı diləyirik”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
