Qanunsuz miqrantlar xüsusi mərkəzlərdə yerləşdiriləcək10-09-2015, 18:54
Çap et Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.Heqiqet.az-ın AzərTAc-a istinadən məlumatına görə, fərmana əsasən, “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilib: 1. 9.7-2-ci bəndə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa” sözlərindən sonra “və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə” sözləri əlavə edilib. 2. Aşağıdakı məzmunda 9.17-3-cü və 9.20-2-ci bəndlər əlavə edilib: “9.17-3. qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyətini təşkil etmək və onların idarə olunmasını, o cümlədən həmin mərkəzlərdə rejim qaydalarının, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini təmin etmək;” “9.20-2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsini və saxlanılmasını təmin etmək;”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.