Azərbaycan kiminsə "küyünə getməyəcək"15-09-2015, 16:22
Çap et “Əgər Qərb Azərbaycanın problemlərinə biganə yanaşırsa, Azərbaycan, təbii ki, daha sərfəli variantı seçməli olur. Ona görə, bu səs-küyün, hədə-qorxuların heç bir əsası yoxdur”. Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, bəyanatlar, alınan qərarlar tam subyektiv xarakter daşıyır və bir çoxu müəyyən lobbiçi dairələrin, xüsusilə erməni lobbiçilərinin sifarişinə söykənir. “Əgər Ermənistan təcavüzkar elan edilmirsə, onun təcavüz faktına siyasi qiymət verilmirsə, adı belə çəkilmirsə, Avropa Azərbaycanı strateji tərəfdaş kimi qəbul edib onun hansı dərdinə çarə tapa bilər?” – deyən politoloq məhz bu səbəbdən Azərbaycanın Rusiya ilə yaxınlaşmasını təbii hal adlandırıb: “Azərbaycan praqmatik siyasət yürüdür – onun Dağlıq Qarabağ problemi var və bu problemi həll etmək üçün beynəlxalq münasibətlərdə ona gərəkli olan dövlətlərlə münasibətlərində ehtiyatla hərəkət edir”. O, fikrini izah edərkən bildirib ki, Rusiya Cənubi Qafqazda hakim mövqeyə malikdir və regionda hər yolla möhkəmlənməyə cəhd edir. “Qərb isə Cənubi Qafqaz dövlətlərinə sadəcə sözlərlə, vədlərlə dəstək bildirir. Ona görə Azərbaycan xarici siyasətində öz mənafeyini nəzərə almalı və qorumalıdır”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
