Demo Sayt » siyaset » Deputat Elton Məmmədov: "Ola bilsin, namizəd olmayım"


Deputat Elton Məmmədov: "Ola bilsin, namizəd olmayım"

17-09-2015, 16:21
Çap et
Deputat Elton Məmmədov: "Ola bilsin, namizəd olmayım" Deputatı Elton Məmmədov builki parlament seçkilərində namizədliyini irəli sürməklə bağlı qərar verməyib.
E.Məmmədov bildirib ki, bu həftənin sonunadək namizəd olub-olmayacağı ilə bağlı qərarını açıqlayacaq: "İndiyədək 3 çağırış Milli Məclisin deputatı olmuşam, budəfəki seçkilərlə bağlı isə hələlik qərar verməmişəm. Mən müstəqil insanam və həftənin sonunadək öz qərarımı verəcəyəm. Ola bilər ki, namizəd olmayım və öz elmi-pedoqoji fəaliyyətimə davam edim. Hər halda bu məsələ ilə bağlı yaxın vaxtlarda qərar verəcəyəm".
Qeyd edək ki, E.Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.
Reytinq: