Azərbaycan xalqı iyirmi il əvvəl gələcək taleyini İlham Əliyevə etibar etdi və bu inamında yanılmadı20-10-2023, 12:07
Çap et Qalib sərkərdə o gün 30 ildən bəri qubar bağlayan ürəklərin yanğısına su çiləyir, ürəklərə batan tikanları çıxardı. Cənab Prezident torpaq uğrunda şəhid olanların, bu günü görmək arzusu ilə dünyadan köçənlərin ruhunu şad etdi. Həmişəki kimi dünyaya, səlis, təmkinli, faktlar əsasında Qarabağdan mesajlar səsləndirirdi. Dövlət başçısı İlham Əliyev rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsindəki qələbəsi ilə dünyanı heyrətləndirdi. 44 günlük Vətən müharibəsi ölkəmizin 20 faiz torpağının işğaldan azad olunmasını təmin etməklə yanaşı, erməni şəbəkəsi tərəfindən 30 il müddətində qurulmuş yalançı təbliğatın, stereotiplərin dağıdılması baxımından da xarakterik oldu. Qələbənin qazanılması istiqamətində Azərbaycanın milli mediası transmilli media orqanlarının mövzu üzrə informasiya manipulyasiyalarının qarşısının alınmasında əhəmiyyətli rol oynadı. Milli media cəbhə bölgəsində baş verənlərlə əlaqədar rəsmi mənbələrə istinadən informasiya yaydı, qeyri-rəsmi məlumatların cəmiyyətdə möhkəmlənməsinin qarşısını aldı. Bu kontekstdə Prezident İlham Əliyevin müharibə dövründə dünyanın müxtəlif ölkələrinin aparıcı media vasitələrinə verdiyi müsahibələri xüsusi qeyd etmək lazım gəlir. Bu müsahibələr düşmənə qarşı ideoloji sipər rolunu oynadı, Qarabağ müharibəsi, onun tarixi kökləri, müasir mərhələsi, Azərbaycanın haqlı mövqeyi barədə dünya ictimaiyyətinə dolğun məlumat çatdırdı. Dövlət başçısı müsahibələrində həm xarici, həm də daxili auditoriyaya vacib ismarışlar ötürdü. Bu ismarışlar isə təkcə Qarabağ münaqişəsi kontekstində deyil, həm də Azərbaycanın dünyada yeri, qonşularla münasibəti, reallaşdırdığı qlobal və regional layihələr, Cənubi Qafqaz regionunun perspektivinə baxış yönündə oldu. Prezident İlham Əliyev Fransanın "Figaro" qəzetinə müsahibəsində Qarabağ münaqişəsi ilə yanaşı, Azərbaycanın reallaşdırdığı enerji, nəqliyyat, internet-kommunikasiya layihələri barədə ətraflı məlumat verdi, bu layihələrin ümumilikdə regionun mənzərəsini dəyişdiyini bəyan etdi. Ümumiyyətlə, Prezident İlham Əliyev öz müsahibələrində Azərbaycanın region və dünya üçün əhəmiyyətini açmağa çalışır, lakin bunun fonunda bütün diqqəti "Qarabağ münaqişəsi"nin üzərində cəmləşdirir, beynəlxalq ictimai rəydə münaqişə barədə mövcud olan bəzi qaranlıq məqamlara aydınlıq gətirirdi. Məhz bu müsahibələr sayəsində cəbhədəki, döyüş meydanındakı üstünlüyümüz ideoloji müstəviyə gətirilirdi. Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyə kütləvi informasiya vasitələri də böyük iş görürdü. Hər gün gecə-gündüz Türkiyənin aparıcı televiziya kanalları, digər mətbu orqanları İkinci Qarabağ müharibəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırırdılar. Bu gün biz Qarabağın əsl sahibiyik, bu məsələ birdəfəlik bağlandı. İndi onu yenidən qurub-yaradırıq. Dövlət başçısının dediyi kimi, hər kim bu yolu bizimlə birgə davam etmək istəyirsə, buyursun. Ancaq bir şərtlə: qanunlarımız çərçivəsində və Azərbaycanın hər yerində dalğalanan üçrəngli bayrağımız altında. Çünki bu bayraq məmləkətimizin hər yerində əbədi dalğalanacaq! Ocaqova Ulduz Qamboy qızı, 160 nömrəli Klassik gimnaziyanın ibtidai sinif müəllimi 20.10.2023 Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
