Demo Sayt » siyaset » Prezidentimiz 20 il ərzində xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görüb


Prezidentimiz 20 il ərzində xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görüb

21-10-2023, 00:48
Çap et
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə sayəsində bu 20 il ərzində ölkəmizin qarşısında duran strateji hədəflərə nail olunması, cərəyan edən proseslərin, baş vermiş hadisələrin zənginliyi, ən əsası, əldə edilmiş nəticələr baxımından müstəsna əhəmiyyət kəsb edən və çoxəsrlik milli dövlətçiliyimizin ən parlaq səhifəsinə çevrilmiş yeni bir mərhələdir.
Ölkə başçısı cənab İlham Əliyev dövlətin və xalqın gələcəyi ilə bağlı məsuliyyəti öz üzərinə götürərək tarixi bir missiyanı yerinə yetirməklə yanaşı, ölkədaxili, geosiyasi və qlobal müstəvidəki mövcud proseslərə bələd olmaqla nəyi, nə vaxt və necə etməyi də çox dəqiq bilirdi. Azərbaycan xalqı İlham Əliyevin Prezident seçilməsindən sonra 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının qəbulu, ölkədə başlanan canlanma və inkişafın Azərbaycanın simasını dəyişdiyinin şahidi olur. Həmin vaxtdan 20 il ötüb, İlham Əliyev bu dövrdə xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görüb, Azərbaycanda uzunmüddətli siyasi sabitliyi təmin edib. Lider cəmiyyətdə fəallığa nail olmağı, onu konkret məqsəd uğrunda səfərbər etməyi bacarmalı, məsuliyyətli və uzaqgörən olmalıdır.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-2023-cü illər çoxəsrlik milli dövlətçilik tariximizə bənzəri olmayan qızıl dövr kimi düşmüş, əsrlərlə bölünmüş, ağır məhrumiyyətlərə məruz qalmış, amma öz qürurunu və milli dövlətçilik ənənələrini qoruyub saxlamış Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olmuşdur.
Dövlət başçısının yüksək diqqəti və məqsədyönlü göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Onu qeyd etməyi lazım bilirik ki, təhsil siyasəti hər bir ölkənin strateji hədəflərində birinci yerlərdən də yox, elə, birinci yerdə durur, inkişaf konsepsiyasının mühüm tərkib hissəsi kimi qəbul edilir.
Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət proqramları, həmçinin, bu illər ərzində Azərbaycanda təhsilin genişspektrli inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi bir daha təhsilimizin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
Müstəqillik qazandıqdan sonra Azərbaycanın ən böyük uğuru işğal altında olan torpaqların azad edilməsi və ərazi bütövlüyümüzün təmini oldu. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda bərpa-quruculuq işlərinə start verilib. Bu isə illərdir həsrətində olduğumuz Böyük Qayıdışa hesablanan addımdır. Prezident cənab İlham Əliyevin 20 ildir yürütdüyü siyasət qarşıya qoyulan məqsədlərin uğurla reallaşmasına yol açır və biz bu gün bu uğurlara görə Ali Baş Komandana, Prezidentimizə borcluyuq.


Əsədova Vüsalə İslam qızı.
ADPU-nun Filologiya fakültəsinin Müasir Azərbaycan Dili kafedrasının müəllimi, f.ü.f.d.

21.10.2023
Reytinq: