Prezident İlham Əliyev: Azərbaycanda son illər ərzində sosial sahədə rəqəmsallaşma üzrə mühüm işlər görülüb23-11-2023, 12:43
Çap et Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən V konfransının iştirakçılarına müraciətində yer alıb. Əmək, məşğulluq və sosial müdafiə sahələrində dövlət xidmətlərinin tam elektronlaşdırılması, bu sahələrdə əhaliyə 140-dan artıq elektron xidmətin göstərilməsi və vahid əmək münasibətləri platforması əhaliyə ciddi dəstək mexanizminin formalaşdırıldığı vurğulanan məktubda, həmçinin qeyd olunub: “Ölkəmizdə həyata keçirilən kompleks islahatlar nəticəsində məşğulluq imkanları artmış, işsizlik və yoxsulluğun səviyyəsi ciddi şəkildə azalaraq 5,5%-ə düşmüş, sosial ödənişlərdə dəfələrlə artımlar edilmişdir. Təkcə son dörd ildə qəbul edilmiş 4 sosial islahat paketi ilə əhalimizin 40%-i əhatə olunmuş, minimum əməkhaqqı 2,7 dəfə, əməkhaqqı fondu 2,6 dəfə, median əməkhaqqı 2,1 dəfə, minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya isə 2 dəfə artmışdır”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
