Demo saytı » siyaset » Çin separatçı Dağlıq Qarabağ rejimini tanıması barədə məlumatı təkzib etdi


Çin separatçı Dağlıq Qarabağ rejimini tanıması barədə məlumatı təkzib etdi

21-05-2015, 18:16
Çap et
Çin separatçı Dağlıq Qarabağ rejimini tanıması barədə məlumatı təkzib etdi Çin guya Pekinin BMT Təhlükəsizlik Şurasına separatçı Dağlıq Qarabağ rejiminin tanınması haqqında qətnamə təqdim etməsi barədə KİV-lərin yaydığı məlumatı yalan adlandırıb.
Çinin Bakıdakı səfirliyi ölkənin rəsmi mövqeyini Azərbaycan tərəfinin sorğusunu cavablandırarkən izah edib. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.
Rusiya mətbuatının yaydığı məlumatda bildirilirdi ki, guya Çinin Baş naziri “Twitter” səhifəsində yazıb: “Əgər ABŞ, Fransa və Rusiya Çinin separatçı Dağlıq Qarabağ rejiminin tanınması haqqında qətnaməsini dəstəkləsə, o, müstəqil ölkə olacaq və BMT-yə daxil olacaq”.
H.Hacıyev qeyd edib ki, bu məlumat erməni təbliğatçılarının növbəti mənasız şousudur.
Azərbaycan XİN ölkəmizin Çindəki səfirliyinə Rusiya KİV-lərinin məlumatını bu ölkənin Xarici İşlər Nazirliyinin diqqətinə çatdırmağı tapşırıb.
Qeyd edək ki, Çində sosial şəbəkələrə giriş qadağandır.
Reytinq: