Avropa İttifaqının ali nümayəndəsi Azərbaycanda əfv sərəncamını alqışlayır18-03-2016, 09:02
Çap et "Bu gün Azərbaycan Prezidenti siyasi partiyaların təmsilçiləri, QHT nümayəndələri və jurnalistlər daxil olmaqla, 148 nəfəri əfv etdi ki, onlar Novruz bayramını qeyd etsinlər", - deyə Mogerininin bəyanatında qeyd olunur. Martın 17-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Əfv sərəncamı ümumilikdə 148 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər. Əfv olunanlar arasında 16 xarici ölkə vətəndaşı da var. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
