Məzahir Pənahov AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb17-06-2016, 18:55
Çap et MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, M. Pənahov MSK-nın Avropa Şurası, eləcə də onun müxtəlif qurumları ilə çoxillik səmərəli əlaqələri barədə danışıb. O, rəhbərlik etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığına hər zaman önəm verdiyini və seçkilərlə bağlı müxtəlif sahələrdə bu əlaqələrin davam etdirilməsinin seçki praktikasının daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Nümayəndə heyəti isə Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər və iyunun 18-də prosesləri yaxından müşahidə edəcəkləri 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin azad və ədalətli keçirilməsi üçün atılan addımlarla maraqlanıblar. M. Pənahov bu istiqamətlərdə həyata keçirilən layihələri diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
