Prezident İlham Əliyev: “Dünyada təhlükələr artır, iqtisadi böhran daha da dərinləşir”11-07-2016, 18:28
Çap et Bakı-APA. “Dünyada təhlükələr artır, iqtisadi böhran daha da dərinləşir. Bütün ölkələr bu böhrandan bu və ya digər şəkildə əziyyət çəkir”. Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. Dövlət başçısı deyib ki, Azərbaycanda uğurlu inkişaf təmin edilib, ictimai-siyasi vəziyyət sabitdir, ölkənin qarşısında duran vəzifələr həll olunur: “Bu ilin 6 ayında Azərbaycanın xarici siyasəti fəal olub. 10-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfərə gəlib. Mənim də xarici ölkələrə səfərlərim Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə xidmət edib”. Prezident İlham Əliyev bildirib ki, bu ilin 6 ayında ümumdaxili məhsulun (ÜDM) azalmasına baxmayaraq, sənaye və kənd təsərrüfatında, o cümlədən qeyri-neft artım müşahidə olunur: “Bu ilin 6 ayında ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub və xarici investorlar üçün Azərbaycan cəlbedici ölkə olaraq qalır. Son 6 ayda 78 min daimi iş yeri açılıb, sosial tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülüb”. Dövlət başçısı qeyd edib ki, 2016-cı il tarixdə dərin islahatlar ili kimi qalacaq: “Strateji nəqliyyat və enerji layihələri uğurla icrası istiqamətində də tədbirlər davam etdirilir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
