12 dövlətin hərbi nümayəndələri Naxçıvanda4-06-2015, 20:14
Çap et Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri Naxçıvan şəhərinə səfər ediblər. On iki dövləti təmsil edən hərbi attaşelər burada Heydər Əliyev adına Hərbi Liseydə və hərbi hissədə olublar. Qonaqlar hərbi qulluqçuların döyüş hazırlığından, onlar üçün yaradılmış tədris, xidmət və məişət şəraitinin səviyyəsindən məmnun qalıblar. Ziyarət proqramına uyğun olaraq, hərbi attaşelər və onların ailə üzvləri Naxçıvan şəhərinin mərkəzində ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin muzeyini ziyarət ediblər. Sonra qonaqlar Naxçıvan Biznes Mərkəzini, "Əshabi-Kəhf" ziyarətgahını, Möminə Xatun türbəsini, Naxçıvan qalasını, duz mağarasını, Nuh Peyğəmbərin məzarını ziyarət ediblər. Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və Əlahiddə Ümumqoşun Ordusunun Komandanlığına minnətdarlıqlarını bildiriblər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:38
Müstəqilliyimiz əbədidir21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
