Zaxarova: “ABŞ-ın Qarabağ münaqişəsinin həllində səylərini artırmasını ancaq alqışlaya bilərik”24-11-2016, 19:11
Çap et Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin birlikdə məşğul olduğunu söyləyib: “Biz ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin vasitəçilik işinin intensivləşməsini ancaq alqışlaya bilərik. Mən fərdi cəhdlərin konkret qiymətləndirilməsindən danışmaq istəməzdim, lakin kimin tərəfindən olursa olsun, cəhdlərin intensivləşdirilməsinin zərəri yoxdur. Problemin mürəkkəbliyini və onun bilavasitə insanların taleyi ilə bağlı məsələ olduğunu nəzərə alaraq (təəssüf ki, biz tez-tez oradan kədərli xəbərlər alırıq) ATƏT-in Minsk qrupuna və onun həmsədrlərinə daha intensiv səylər arzulamaq lazımdır. Əlbəttə, prosesin irəliyə aparılması üçün ciddi səylər tələb olunur və biz bunu ancaq alqışlaya bilərik”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
