Oqtay Əsədov: Fransua Ollandın fikri erməni mətbuatı tərəfindən təhrif edilib14-02-2017, 13:02
Çap et A.Quliyev qeyd edib ki, F.Ollandın bu bəyanatı Ermənistanın işğalçı siyasətinə və separatçı rejimə verilən açıq dəstəkdir: “Təəssüflər olsun ki, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi mövqe daim erməniləri dəstəkləməkdən ibarət olub. Qanunsuz olaraq Dağlıq Qarabağa səfər edənlərin ən çoxu da Fransadandır, separatçı rejimlə ən çox əlaqə quran da Fransadır”. Millət vəkili bildirib ki, Fransa Prezidentinin bu bəyanatı cavabsız qalmamalıdır, Fransaya nota göndərilməlidir: “Fransua Ollandın bu bəyanatının ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın daşıdığı mandata uyğun olmadığı bildirilməlidir”. A.Quliyevin çıxışına münasibət bildirən O.Əsədov isə deyib ki, F.Ollandın fikri erməni mətbuatı tərəfindən təhrif edilib: “Mən sizin dediklərinizi yaxşı başa düşürəm. Ancaq bir şeyi demək istəyirəm ki, Fransa Prezidentinin çıxışı tam tərkibdə verilməyib. Mən Səməd Seyidova tapşırdım, o da araşdırma apardı. Məlum oldu ki, Fransa Prezidentinin çıxışı erməni mətbuatı tərəfindən təhrif edilib. O, Madrid prinsiplərinə istinad edərək deyib ki, "müqəddəratı təyin etmək, ancaq ərazi bütövlüyü əsasında". Qalan məsələlər erməni mətbuatı tərəfindən şişirdilib”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
