Şəkidə ipəkçiliklə bağlı beynəlxalq konfrans keçirilir3-04-2017, 15:00
Çap et Tədbir Azərbaycan Milli Elmlər Akademiyası və Qara Dəniz, Xəzər Dənizi və Mərkəzi Asiya ölkələrinin ipəkçilik assosiasiyalarının təşkilatçılığı ilə keçirilən konfransda 15 ölkənin ipəkçilik və baramaçılıq üzrə 50-dən çox mütəxəssisi iştirak edir. Konfransda regionda ipəkçiliyin inkişaf perspektivləri, xüsusən “İqlim dəyişikliklərinin Avropa, Qafqaz və Mərkəzi Asiya ipəkçiliyinə təsiri”, “Azərbaycanda ipəkçiliyin inkişafına innovasiyalı yanaşma”, “İpəkqurdu febrinin kontur vasitəsilə izotermik qüvvətləndirilməsi”, “İpəkqurdu məhsuldarlığına və barama keyfiyyətinə bioloji aktiv əlavələrin təsiri” mövzularında müzakirələr aparılacaq, təcrübə mübadilələri keçiriləcək. Konfrans çərçivəsində iştirakçılar Şəki şəhəri ilə yanaşı, bölgə rayonlarında ipəkçilik sahəsində həyata keçirilən layihələrlə tanış olacaq, tarixi məkanlara baş çəkəcəklər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
