Komitədən evlənməsinə yol verilməyən cütlüklərlə bağlı AÇIQLAMA5-04-2017, 17:29
Çap et Bunu özəl olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib. Onun sözlərinə görə, əgər belə evlilik hadisələri olarsa və ya kimlərsə belə bir fikrə düşərsə, həmin insanlarla iş aparılmalı və onlar bu qərardan çəkindirilməlidir. A.Veysəlova qeyd edib ki, bu məsələdə psixoloqların, sosial işçilərin də çox böyük rolu var. Onlar tərəfindən xüsusilə orta məktəblərdə keçid yaşında olan uşaqlar arasında maarifləndirmə işləri aparılmalı, müəyyən izahlar verilməlidir: “Azərbaycanın çox gözəl ailə dəyərləri, hamıya nümunə olan ailələr var. Amma bu da bir faktdır ki, daha yaxın qohumlu, nikaha daxil olması yol verilməyən ailələrə də rast gəlinir. Bunlar təqdir olunan ailələr deyil. Həm vətəndaş cəmiyyəti, həm dövlət qurumları birlikdə bu istiqamətdə daha çox maarifləndirmə işləri aparmalıdırlar. Elə işlər görülməlidir ki, bu cür evliliklər, ümumiyyətlə, belə düşüncədə olan insanlar olmasın”. A.Veysəlova qeyd edib ki, ümumiyyətlə, qan qohumluğu evliliyi həm tibbi, həm də mənəvi-əxlaqi baxımından problemlər yaradır. Qan qohumluğu evliliyindən dünyaya gələn uşaqların bir çoxunda müxtəlif xəstəliklər, fiziki qüsurlar yaranır ki, bu da sonradan həm uşağın sağlam böyüməsinə, həm də ailədaxili münasibətlərə öz mənfi təsirini göstərir: “Mənəvi-əxlaqi cəhətə gəldikdə, qohum qohumla evlənərkən mütləq qohumluğun necə, hansı xətt üzrə olması, tərəflərin ana, yaxud ata xətti ilə qohum olması, yaş fərqləri və s. nəzərə alınmalıdır. Bütün bunlardan çıxış edərək deyə bilərik ki, qan qohumluğu evliliyi heç də təqdir edilən evlilik deyil. Çünki hemofiliyalı, talassemiyalı uşaqların əskəriyyəti qan qohumu olan şəxslərin nikahından dünyaya gəlir”. Xatırladaq ki, bu gün yayılan məlumata görə, Gəncədə əmi - 3 uşaq atası 38 yaşlı Həsən Səfərov evlənmək üçün 2 uşaq anası olan qardaşı qızını qaçırıb. Bu haqda məlumatı Həsənin ayrılmaq istədiyi həyat yoldaşı Həmidə Səfərova verib. Ötən il sentyabrın 23-də Cəlilabad rayonunun Məmmədrzalı kəndində yaşayan 15 yaşlı Aynurə Nağıyeva bacısının həyat yoldaşı - 1990-cı il təvəllüdlü Məmmədov Ələmdər Əli oğlu ilə qaçmışdı. Qeyd edək ki, Gəncədə kişinin öz ailəsini və uşaqlarını ataraq doğma qardaşı qızı ilə evlənmək məqsədi ilə qaçması cəmiyyətdə ciddi rezonans doğurub. Onlar dini nikah bağlasa da, ailəli olduqları üçün rəsmi nikaha girə bilməyiblər. Ailə Məcəlləsində nikahın bağlanmasına mane olan hallar 12 maddə ilə tənzimlənir. Ailə Məcəlləsinin bu maddəsinə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Hüquqşunas Asif Abdullayev sayta bildirib ki, belə yaxın qohum olan şəxslərin nikahına hüquqi cəhətdən heç bir məhdudiyyət yoxdur. "Ailə Məcəlləsində bu münasibətlər tənzimlənir. Valideynlərlə uşaq arasında, baba ilə nəvə arasında, doğma-ögey qardaş bacılar arasında nikahı qanun məhdudlaşdırır. Onların nikahı qeydiyyata alınsa da, etibarsız olur. Amma əminin qardaşı qızı ilə evliliyinə qanunvericilik məhdudiyyət qoymur. Onlar mənəvi qaydalarla tənzimlənir". Qeyd edək ki, Gəncədə 3 uşaq atası 38 yaşlı Həsən Səfərov qardaşının 23 yaşlı qızını qaçırıb. Hətta bu azmış kimi, onunla dini nikaha da daxil olub. Kişinin həyat yoldaşının verdiyi məlumata görə, onların əvvəldən münasibətləri olub. Həsən Səfərova qoşulub qaçan qız evli olub və iki uşağı var. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
