Masallıda güclü küləyin aşırdığı bayraq dirəyi yenisi ilə əvəzləndi18-05-2017, 16:14
Çap et Bu barədə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nasir Muxtarlı bildirib: O bildirib ki, yeni bayraq dirəyi Türkiyədən gətirilib: "Hadisədən sonra bayraq dirəyini hazırlayan şirkət əraziyə baxış keçirdi və yeni bayraq dirəyi sifariş verdi. Artıq dirək gətirilib və Bayraq Meydanındadır. Şirkətin mütəxəssisləri hazırda dirəyin quraşdırılması ilə məşğuldurlar. Sabah yeni bayraq dirəyinin quraşdırılması başa çatdırılacaq". Qeyd edək ki, aprelin 19-da baş vermiş güclü külək nəticəsində Masallı rayonunda Bayraq Meydanındakı dirək zədələnərək aşmışdı. Hadisə nəticəsində xəsarət alan olmamışdı. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
