Demo Sayt » sosial » Cinayət Məcəlləsində cərimələrin artırılması ilə bağlı dəyişikliklər qəbul olunub


Cinayət Məcəlləsində cərimələrin artırılması ilə bağlı dəyişikliklər qəbul olunub

31-05-2017, 15:28
Çap et
Cinayət Məcəlləsində cərimələrin artırılması ilə bağlı dəyişikliklər qəbul olunub Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində bir sıra maddələr üzrə cərimələrin artırılmasını nəzərdə tutan layihə müzakirəyə çıxarılıb.
Layihəni Hüquq və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib.
O qeyd edib ki, ötən müddətdə İnzibati Xətalar Məcəlləsinin yenidən hazırlanması buradakı cərimələrə yenidən baxılmasını zəruri edib. Komitə sədri bildirib ki, məcəllənin 17 fəslində cərimələr 2-3 dəfədən 20 dəfəyə qədər artırılır.
Layihə səsə qoyularaq qəbul edilib.
Reytinq: