Demo Sayt » sosial » Azərbaycanda uşaqlara siqaret satanların ŞOK GÖRÜNTÜLƏRİ – CƏRİMƏLƏR ARTACAQ! – VİDEO


Azərbaycanda uşaqlara siqaret satanların ŞOK GÖRÜNTÜLƏRİ – CƏRİMƏLƏR ARTACAQ! – VİDEO

14-06-2017, 17:23
Çap et
Azərbaycanda uşaqlara siqaret satanların ŞOK GÖRÜNTÜLƏRİ – CƏRİMƏLƏR ARTACAQ! – VİDEO Azyaşlıları zəhərləyənləri siz də tanıyın.
Respublika ərazisində 18 yaşdan aşağı şəxslərə siqaret satmaq qadağan olunub. Bəzi marketlərdə isə buna əməl edilmir.
ARB TV-nin apardığı eksperiment zamanı satıcılar azyaşlıya siqareti çox rahatlıqla veriblər.
Bunun səbəbini soruşduqda isə bu qanundan xəbərsiz olduqlarını bildirdilər. Onlardan biri hətta valideyninin göndərdiyini düşünüb siqareti satdığını da bildirib.
Düzdür, övladını siqaret üçün dükana göndərən valideynlər də az deyil. Sonradan uşaqlar bu vasitəni özləri üçün istifadə edirlər.
Çəkiliş zamanı 7 marketə daxil olduq, hər biri də siqareti verdi. Ekspertlər bildirir ki, 18 yaşdan aşağı şəxslərə siqaretin satılması inzibati xətalar məcəlləsinin pozulması deməkdir.
Tofiq Musayev (ekspert): "Həmin məcəlləyə görə, tütün məmulatlarının uşaqlara satılması qadağandır. 100 manat civarında cərimə edilir. Uşaqlar siqareti dükandan alırsa, deməli riayət edilmir. Yeni qanun layihəsində cərimələrin artırılması nəzərdə tutulub".

Reytinq: